Текст песни
Çox danışdı yalan,
Onu dəyişdi zaman.
Həsrət ağır dərtdir,
İnan mənə inan.
Ümidlər öldü,
Qəm bizə güldü.
Bu ayrılıq bir ürəyi,
İki yerə böldü.
Darıxan adam nətər olur,
Həyatı qəm kədər olur.
Ayrılıq o insana,
Ölümdəndə betər olur.
Ürəyə vurdu yaralar,
Çox sıxıcıdır buralar.
Niyə sən inanmırsan,
Darıxıram bu aralar.