Текст песни
Әsir külәk, Xәzәr coşur,
Yağır yağış, şәhәr yuyunur.
Zaman donub zülmәt qarışıb,
Sevimli hiylәgәr yenә aramıza dalıb
Aramıza dalıb...
Bir bәd mәlәk yenә sәnә baxırdı,
Yağırdı yağış hәmin gecә vaxtı.
Var idi iki gözü, bir cüt dә buynuzu,
Sevimli hiylәgәrlәr yaşayır uzun illәr boyu
O sevimli amma hiylәgәr gözlәri ilә sәnә baxırdı,
Yanırdı, qәlbini әllәrinә almağa can atırdı.
O sevimli hiylәgәr gözlәri ilә sәnә baxırdı,
Yanırdı, qәlbini әllәrinә almağa can atırdı, can atırdı.
O günü o insan vücudunda gәzirdi
Hәr gәzdiyini әzirdi
Görәn hәr kәs onu sevirdi,
Amma bilmirdi onun sevimli hiylәsini.
O satırdı Tanrının bәxş etdiyi bәdәnlәri, dәyәrlәri
Paylayırdı hәr kәsә yalan şәrlәri, küfrlәri, kәdәrlәri
Gözlәri parlayırdı bir günahsız mәlәk kimi
Yalnız bir şeydәn çox qorxurdu ki, biri ayılar tutar sevimli hiylәni
O sevimli amma hiylәgәr gözlәri ilә sәnә baxırdı,
Yanırdı, qәlbini әllәrinә almağa can atırdı.
O sevimli hiylәgәr gözlәri ilә sәnә baxırdı,
Yanırdı, qәlbini әllәrinә almağa can atırdı, can atırdı.